Mikroavtobus iki piyadanı vuraraq “KamAz”a çırpılıb

0
59

Ağstafada piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Gazette.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırlı  kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes VİTO” markalı mikroavtobus iki piyadanı vurub. Qəzada sonra mikroavtobus yol kənarında dayanan qoşqulu “KamAZ”a çırpılıb.

Qəza zamanı 2 piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.