BAKU Azərbaycan
22.03 °C

Yazıçı Mirmehdi Ağaoğlunun "Zəfərin izi ilə" kitabının təqdimatı olacaq

Noyabrın 10-da tanınmış yazıçı Mirmehdi Ağaoğlunun "Zəfərin izi ilə" (azad olunmuş ərazilərdən ilk reportajlar toplusu) adlı yeni kitabının təqdimat mərasimi və imza günü olacaq.

Təqdimat mərasimi saat 18:00-da "LIBRAFF"ın "Park Akademiya" filialında (Elmlər Akademiyası m/s-nın əsas girişi ilə üzbəüz) keçiriləcək.

Kitaba müəllifin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı hazırladığı reportajlar daxildir.

Oxucular kitabda 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizin mövcud durumu, eləcə də düşmən vəhşilikləri nəticəsində Qarabağda yerləşən tarixi-mədəni abidələrin, yaşayış məntəqələrinin, şəhərlərin düşdüyü acınacaqlı vəziyyətlə tanış ola bilərlər.

Qeyd edək ki, "Zəfərin izi ilə" kitabı "Mücrü" nəşriyyatında çap olunub.