BAKU Azərbaycan
15.03 °C

Neymar PSJ-ni tərk etmək istəyir

Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubunu tərk etmək istəyir.

Gazette.az "Le Parisien"ə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Paris təmsilçisində özünü narahat hiss edir.

Klubun onu transferə çıxarmaq istəməsi təcrübəli forvardın narazılığına səbəb olub. Hələlik tərəflər yolları ayırmaqla bağlı danışıqlara başlamayıblar.

Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir.