BAKU Azərbaycan
20.03 °C

OPEC-in neft və neft məhsullarının ixracından gəlirləri 77% artıb

OPEC ölkələrinin 2021-ci ildə neft ixracı 0,2% azalaraq gündəlik 19,66 milyon barelə düşüb.

Gazette.az təşkilatın illik hesabatına istinadən xəbər verir ki, neft məhsullarının gündəlik ixrac həcmi 15,8% artaraq 4,03 milyon barelə çatıb.

Ötən il ərzində OPEC-in neft və neft məhsullarının ixracından gəlirləri 77% artaraq 560,6 milyard ABŞ dollarına çatıb.

Məlumata görə, neft ixracından gəlirləri ən çox artan Səudiyyə Ərəbistanıdır.

OPEC ölkələri daha çox Asiya ölkələrinə məhsul ixrac ediblər. Belə ki, təşkilatın ixrac etdiyi məhsulların 72,4%-i Asiya ölkələrinin payına düşür.