Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhər Mədəniyət Baş İdarəsinin təşkilatçılığı ilə  Rəşid Behbudovun anım günü qeyd olunub

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhər Mədəniyət Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun anım günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.

      Anım mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı şəhər Mədəniyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev,       Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, idarə əməkdaşları, paytaxtın fəal gəncləri iştirak ediblər.


 BŞGİBİ-nin rəisi Raqif Abbasov R.Behbudovun Azərbaycan musiqisi tarixində, kino sənətində rolundan söz açıb, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Rəşid Behbudov sadəcə müğənni, musiqiçi deyildi, millətini, yurdunu ürəkdən sevən böyük vətəndaş, ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Rəşid Behbudov sənətinin unudulmaz əbədi olduğunu söyləyən Raqif Abbasov vurğulayıb ki, bütün yaradıcı ömrünü xalqına bağışlayan sənətkar mənsub olduğu xalqın da qəlbində əbədi yaşayacaq.
Sonda Opera Balet Teatrinin solisti Urfan Cəfərov və gənc istedadlar Məmməd Şammədov, Kənan Sultanov tərəfindən “Azərbaycan” və “Alagöz” mahnıları səsləndi.

 

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR