BAKU Azərbaycan
8.03 °C

Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub

Azərbaycan Ordusu Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaldıb.

Gazette xəbər verir ki, bu barədə Laçın şəhərinin mərkəzindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.

“Möhtərəm Prezident, Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır”, - deyə Ordu Korpusunun komandiri, general-mayor Kənan Seyidov məruzə edib.