Şərq-Qərb Koridorunun şaxələndirilməsində Zəngəzur Dəhlizinin önəmi müzakirə olunub
Şərq-Qərb Orta Dəhlizinin şaxələndirilməsi baxımından Zəngəzur Dəhlizinin xüsusi önəmi Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən üçtərəfli görüşündə müzakirə edilib.
Gazette.az xəbər verir ki, bunu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə faydalı fikir mübadiləsi aparılıb: "Həmkarlarımız Zəngəzur dəhlizinin reallaşmasına tam dəstək ifadə ediblər".
Nazir vurğulayıb ki, Trans-Xəzər Fiber-Optik-Kabel layihəsinin irəli aparılmasının önəmi diqqətə çatdırılıb: "Azərbaycan tərəfi olaraq həmkarlarıma işğaldan azad olunan ərazilər, 44 günlük Vətən müharibəsinin bölgədə yaratdığı yeni reallıqlar, Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında həyata keçirilən böyük layihələr, eyni zamanda, nəqliyyat layihələri barədə məlumat verilib".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay