BAKU Azərbaycan
7.03 °C

Məktəblərin tamamilə distant təhsilə keçməsi gündəmdə deyil - Nazirlik

Bu gün məktəblərin tamamilə distant tədrisə keçirilməsi gündəmdə deyil.

Bunu, açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

O bildirib ki, çünki məktəblərdə koronavirusla əlaqəli kritik vəziyyət yoxdur: "Əgər bu barədə hər hansı qərar qəbul edilsə, ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Bu günə olan məlumatlar vəziyyətin gərgin olmadığını göstərir".