21 şagird koronavirusa yoluxub

0
35

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Gazette.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 15, işçi sayı 2 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 21, işçi heyətinin sayı 12 olub.