Bir neçə saatdır istifadəçilər "Facebook" və "Instagram" şəbəkələrindən normal istifadə edə bilmirlər.

Gazette xəbər verir ki, Azərbaycan da daxil olmaqla dünyanın bir çox yerində hər iki şəbəkədən istifadə edənlər paylaşımlar etməkdə, şərh və status yazmada, eyni zamanda səhifələrə girişlərdə problemlərlə üzləşiblər.

"Facebook" şirkəti "Twitter" mikrobloqu vasitəsilə verdiyi iki açıqlamada problemdən xəbərdar olduqlarını və bunun aradan qaldırılması üçün çalışdıqlarını bildirib. 

Qeyd edək ki, axşam saatlarında "Facebook" və "Instagram"la yanaşı "WhatsApp"ın da fəaliyyətində müəyyən problemlər müşahidə olunub.