Oktyabrın 23-də Çin Xalq Respublikasının Prezidenti Xi Jinping dünyanın ən uzun körpüsü olan Honq Konq - Cuhay - Makao Körpüsünün açılışını edib.

Gazette xəbər verir ki, 2009-cu ildə inşasına başlanılmış və 55 kilometr uzunluğunda olan körpü Çinə 19 milyard dollara başa gəlib.

Ümumlikdə 68 milyon əhalinin yaşadığı Makao və Honq Konq da daxil olmaqla 11 şəhəri əhatə edəcək körpü ümumilikdən 56 min kvadrat kilometr məsafəni əhatə edəcək.

Təxminən 7 kilometrlik yeraltı tunellə birlikdə körpü 6 zolaqdan ibarət olacaq. Mühəndislər körpünün tikintisində 420 min ton polad işlədiliblər. 

Nəhəng layihə sayəsində Honq Konq Cuhay şəhərləri arasındakı gediş məsafəsi 3 saatdan 30 dəqiqəyədək azalacaq.

Qeyd edək ki, Honq Konq - Cuhay - Makao Körpüsü oktyabrın 24-də əhalinin istifadəsinə veriləcək. 

Aerial View of the Hong Kong-Zhuhai-Macau bridge in Zhuhai. Photo: VCG / Getty Images

Photo: VCG / Getty Images

The Hong Kong-Zhuhai-Macau bridge. Photo: VCG / Getty Images