Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb.

Gazette xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı Bəyanatda deyilir.

Qeyd edilir ki, ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir.

Nazirlikdən vətəndaşlardan xahiş edir ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır.