Bakının əsas prospektlərinin birində qəza baş verib.

Gazetta.az xəbər verir ki, hadisə bir qədər əvvəl Ziya Bünyadov prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb. "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olan "Chevrolet" və "Mercedes" avtomobilləri arasında baş vermiş qəza yolda sıxlıq yaradıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, hadisə səbəbindən qeyd olunan yolda tıxac var.