Qətərin paytaxtı Doha şəhərinin ən böyük ticarət mərkəzlərindən olan “Doha Festival City Mall”da “Product of Azerbaijan” brendi altında “Karabakh Perfume” adı ilə Azərbaycan parfümeriya məhsullarının satış mərkəzi fəaliyyətə başlayıb.

Gazette-nin məlumatına görə, mərkəzdə “Shikasta”, “Natavan”, “Bayati Shiraz”, “Rast”, “Buta”, “Khankendi”, “Shusha”, “Sarvan”, "Panahalikhan”, “Jidir Duzu”, “Khari Bul Bul” və “Chelebi” olmaqla, ümumilikdə 12 adda və çeşiddə Azərbaycan parfümeriya məhsulunun satışı həyata keçiriləcək.