Gazetta.az-ın bu dəfəki müsahibi prodüser Nurlan Süleymanovdur.

- Nurlan ilk olaraq sizi tanıyaq !

  Əslən Qərbi Azərbaycanlıyam ,Azərbaycanda doğulub ,boya başa çatmışam.

Uşaqlıqdan incəsənətə marağım olub. Valideynlərim mənə başqa ixtisaslar məsləhət görsələr də yenə də özüm istədiyim peşəyə yiyələndim.

Ailəm mənə hər seçimimdə dəstək olur.

- Fəaliyyətimə ilk olaraq Lider tv də, daha sonra Atv – də olub ,ancaq hədəfim inkişafdır o ,səbəbdən də prodüser olaraq toy sahəsində özümü sınamaq istəyirdim.

Həm menecer həm prodüser olaraq əksəriyyət ifaçılarla çalışmışam və yetəri qədər də bir gənc kimi mənə dəstək olublar.

- Toy sahəsində ,sosial yönümlü layihələrdə mühüm rolum olub ,və irəlidə də bu kimi  planlarımız var.

- Azərbaycanda bəyəndiyiniz prodüserlər kimlərdir ?

Tünzalə xanımın prodüseri Yalçın bəyi  ,Toliki ,Anar Mədətovu ,Təranə Səmədova ,kimi prodüserləri bəyənirəm. Onların  işi göz qabağındadır .Ən əsası Toliklə işləyən müğənnilər bir addım öndə olur.

Tahir müəllimi isə  təşkilatçı olaraq ilk yerdə sayıram ,işinin peşəkarıdır.Mən şəxsən istiyərdim ki,Tahir müəllimlə bərabər layihələr həyata keçirək.

Bilirsiniz uğurlu insanlar iş görmək gənclər üçün bir məktəbdir.

- Nurlan ,İncəsənət Universitetini bitirmisiniz ,oxuduğunuz dönəmdə sizə dəstək olan olub ?

- Əlbəttə ,mənim müəllimim Azərbaycanın xalq artisti Ramiz Əzizbəyli idi. O, mənə hər zaman dəstəyini  göstərib.

- Tələbə olduğum zamanlarda komediya janrlarında iştirak edirdim.

- Özünüzü ifaçı yaxud aktyor kimi sınamaq fikriniz olub ?

- İfaçı  kimi yox alınmaz amma aktyor kimi bəli olub.

- Ümumiyyətlə prodüsser necə olmalıdır ?

Prodüser istehsalçıdır ,o yeni iş ortaya qoymalıdır və dəstəkçi rolunu oynamalıdır.Təəsüf ki , hər yerindən duran deyir prodüserəm ,siz nə etmisiniz ki ? prodüser oldunuz .Məsələn mən hələ özümə prodüser deyə bilmərəm hələ bu yolda irəliləyirəm.

- Hansı məşhurla çalışmaq istəyərsiniz ?

Faiq Ağayev,Brliant Dadaşovay ilə çalışmaq istəyərdim. Onların hər ikisinin ifasını, səhnə mədəniyyətlərinİ çox bəyənirəm.