İsrailin paytaxtı Tel Əviv şəhərində keçirilən 64-cü Avroviziya Mahnı Müsabiqəsinə yekun vurulub.

Gazette xəbər verir ki, münsif və tamaşaçıların səsverməsi nəticəsində yekunda 492 xal toplayan Hollandiya təmsilçisi Duncan Laurence ifa etdiyi "Arcade" mahnısı ilə 44 il sonra ölkəsinə qələbə qazandırıb. Bu Hollandiyanın müsabiqədə qazandığı 5-ci qalibiyyəti olub. 

Mahnı müsabiqəsini ikinci pillədə 465 xalla İtaliya təmsilçisi Mahmood, üçüncü sırada isə Rusiyanı müsabiqədə təmsil edən Sergey Lazarev 369 bitirib.

Qeyd edək ki, "Eurovision 2019"-da Azərbaycan təmsilçisi Çingiz Mustafayev ifa etdiyi "Truth" mahnısı ilə 297 xalla 7-ci pillədə başa vurub. Bu son 5 il sonra ölkəmizin müsabiqədə əldə etdiyi ən yüksək nəticədir.