Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi texnika yarmarkaları silsiləsindən növbəti yarmarka Ucarda baş tutub.

Nazirlikdən Gazette-yə verilən məlumata görə, 29-30 may tarixlərində keçirilən yarmarkalarr Ucar rayonunun fermerlərini kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi daşıyır.

Texnika yarmarkalarında 20-dən artıq təchizatçı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsul və xidmətlərini təsərrüfat sahiblərinə və fermerlərə təqdim edirlər.

Qeyd edək ki, növbəti yarmarka Quba rayonunda 8-9 iyun tarixlərində keçiriləcək.

Xatırladaq ki, 20 may -15 iyun 2019-cu il tarixlərində ölkənin 6 regionunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) keçirilməsi planlaşdırılan kənd təsərrüfatı texnikası yarmarkalarını Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir.