Dövlət Neft Fondu «Azəri-Çıraq-Günəşli» (AGÇ) və «Şahdəniz» layihələri üzrə 2019-cu ilə kimi olan gəlirləri açıqlayıb.

Gazette Fonda istinadən xəbər verir ki, 01 yanvar 2019-cu il tarixinə AÇG yatağı («Əsrin müqaviləsi») üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən etibarən 138 milyard 206 milyon ABŞ dolları olub.

Ölkə 2018-ci ildə AÇG-dən 9 milyard 720 mln. dollar, o cümlədən Şahdəniz yatağı üzrə kondensatın satışından 245 mln. ABŞ dolları gəlir əldə edib.

Eyni zamanda Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər 2007-ci ildən etibarən 2 milyard 506 mln. ABŞ dolları məbləğində olub.