Azərbaycanda istehsal edilən “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək.

Gazette xəbər verir ki, bunu “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Emin Axundov deyib. O, ilkin olaraq 300 avtomobilin ixracının nəzərdə tutulduğunu bildirib:

“İxraca cari ilin ortalarında başlanacaq. Bu günə qədər 1250 “Khazar” maşını satılıb. Onların 400-ə yaxını dövlət idarələri tərəfindən, qalan hissəsi isə vətəndaşlar tərəfindən alınıb. Avtomobillərin 25-30 faizi kredit yolu ilə əldə edilib”.