Belarusun paytaxtı Minsk şəhərində keçirilən II Avropa Oyunlarında yığmamız daha bir qızıl medal əldə edib.

Sərbəst güləş üzrə qadınların mübarizəsində 50 kq-da güləşən Mariya Stadnik final qarşılaşmasında Ukraynadan olan rəqibini məğlub edərək "Minsk 2019"-un qalibi olub. Bu Mariyanın 2-ci Avropa Oyunları medalıdır. Xatırladaq ki, 4 il öncə Bakıda təşkil edilən I Avropa Oyunlarında güləşçimiz fəxri kürsünün ək yüksək pilləsinə qalxmağı bacarmışdı. 

Bu gün xalça üzərinə çıxan daha bir qadın güləşçimiz, Elmira Qəmbərova (62) həlledici qarşılaşmada ukraynalı rəqibinə məğlub olaraq II Avropa Oyunlarını 2-ci pillədə başa vurub.

Yığmamızın aktivinə daha bir medalı qadın güləşçilərimizdən Alyona Kolesnik yazdırıb. 57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Alyona rəqibini məğlub edərək bürünc medala sahib olub.

Image may contain: 1 person, smiling, outdoor

Image may contain: 1 person

Image may contain: 4 people, people standing and text

Image may contain: 1 person, smiling, standing

Image may contain: one or more people, people dancing and people standing

Image may contain: 1 person, smiling