Fevralın 6-da parataekvondo üzrə Dünya Çempionatının sonuncu günü Azərbaycan komandası növbəti uğura imza atıb.

Gazette xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən mundialda mübarizəyə qatılan Elimxan Manafov (75 kq) bürünc medala sahib olub. Komandanın kapitanı Nicat Müslümov (75 kq) isə gümüş medal qazanaraq yarışı ikinci pillədə başa vurub.

Xatırladaq ki, yarışların ilk günündə Röyalə Fətəliyeva da bürünc medal qazanıb.

Beləliklə, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələri dünya çempionatından vətənə 1 gümüş və 2 bürünc medalla qayıdırlar.