Avro-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Gazette xəbər verir ki, yeni baş məşqçi Nikola Jurcevic qarşıdakı görüşlərə 23 futbolçu dəvət edib. "A" Milliyə dəvət alan futbolçulardan 5-i legioner həyatı yaşayır ki, onlardan da Eddi İsrafilov uzun müddət sonra yığmaya çağırılıb.

Yeni futbolçular isə Ömər Buludov, Əli Babayev və Aleksey İsayevdir. Jurcevic "Qarabağ"ın 8, "Neftçi"nin 6, "Sumqayıt"ın 2, "Səbail" və "Sabah"ın 1 futbolçusunu milliyə dəvət edib. "Qəbələ", "Keşlə" və "Zirə"dən isə yığmaya heç bir oyunçu çağırılmayıb. 

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")

Müdafiəçilər: Maksim Medvedev ("Qarabağ"), Ömər Buludov ("Neftçi"), Bədavi Hüseynov ("Qarabağ"), Rahil Məmmədov ("Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"), Təmkin Xəlilzadə ("Sabah"), Şəhriyar Rəhimov ("Səbail")

Yarımmüdafiəçilər: Qara Qarayev ("Qarabağ"), Riçard Almeyda ("Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Əli Babayev ("Sumqayıt"), Aleksey İsayev ("Sumqayıt"), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Dmitri Nazarov ("Aue", Almaniya)

Hücumçular: Mahir Mədətov ("Qarabağ"), Araz Abdullayev ("Qarabağ"), Namik Ələskərov ("Neftçi"), Mirabdulla Abbasov ("Neftçi"), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proysen Münster", Almaniya)

Milli komanda martın 16-da Bakıda təlim-məşq toplanışına başlayacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq milli üzvləri Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlayacaq.

Qeyd edək ki, Xorvatiya ilə matç martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Martın 25-də "Bakcell Arena"da keçiriləcək yoldaşlıq görüşü isə saat 18:00-da start götürəcək.