Bakının “Neftçi” klubu Ruslan Abışovla yollarını ayırıb.

Gazette-yə klubdan bildirilib ki, Abışovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Xatırladaq ki, 2006-2012 və 2016-2019-cu illərdə “Neftçi”nin şərəfini qoruyan 31 yaşlı Ruslan Abışov kapitanı olduğu klubda keçirdiyi 154 oyunda 13 dəfə rəqib qapıçılarını məyus etməyə müvəffəq olub.

Klubdan verilən digər məlumata görə “flaqman” Rauf Əliyevi heyətinə qatıb. Bakı təmsilçisi ötən mövsüm “Qəbələ”nin heyətində ölkə kubokuna sahib olan hücumçu ilə 1 illik müqavilə imza imzalayıb.

Bunadək “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, İnter”, “Kukesi” (Albaniya), “Qəbələ” klublarında çıxış etmiş Rauf Əliyev 2015-ci ildə “Neftçi”nin heyətində 11 oyunda iştirak etmişdi.

Rauf eyni zamanda Azərbaycan yığmasında oynadığı 45 oyunda 7 qol vurmağı bacarıb.

Qeyd edək ki, “ağ-qaralar” buna qədər “Qəbələ”dən daha bir futbolçununun, Voislav Stankoviçin keçidini reallaşdırmış və serbiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalamışdı.