UEFA Millətlər Liqasının “A” Divizionunda final qarşılaşması keçirilib.

Gazette xəbər verir ki, Portuqaliyanın Porto şəhərində Portuqaliya yığması ilə Hollandiya millisi arasında baş tutan qarşılaşmada sevinən tərəf meydan sahibləri olub.

İlk hissəsi qolsuz tamamlanan matçda yeganə qolu 60-cı dəqiqədə Goncalo Guedes “narıncılar”ın qapısından keçirib.

Ronald Koemanın yetirmələri hesabı dəyişməyə çalışsalar da buna müvəffəq olmayıblar və Portuqaliya ilk dəfə keçirilən UEFA Millətlər Liqasında çempion olaraq gələn il keçiriləcək Avropa Çempionatına vəsiqə əldə edib.

Millətlər Liqasında üçüncü yeri əsas və əlavə vaxtı 0-0 başa çatan oyunda penaltilər seriyasında İsveçrəni 6-5 hesabı ilə məğlub edən İngiltərə millisi olub.