Futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilib.

Gazette-nin xəbərinə görə, şənbə günü keçirilən oyunda "Zirə" doğma meydanda "Sumqayıt"ı 2-0 hesabı ilə məğlub edib.

Günün baş tutan "Qarabağ" - "Sabah" matçında Ağdam təmsilçisi rəqibini 3-0 hesablı məğlubiyyətə uğradıb.

Bazar gününə təsadüf edən "Keşlə" - "Qəbələ" görüşü qonaqların 1-2 qələbəsi ilə başa çatıb. 

Turun "Səbail"lə "Neftçi" arasında keçirilən son oyununda 2-2 bərabərlik qeydə alınıb və "Flaqman" birinci yerdəki mövqeyini əldən verib.

Başa çatan qarşılaşmalardan sonra "Qarabağ" 54 xalla turnir cədvəlində liderliyi ələ alıb. "Neftçi 52 xalla ikinci, "Səbail" 35 xalla üçüncü pillədə qərarlaşıb. 

 

Turnir cədvəli:

 

Bombardirlər:

Bagaliy Dabo ("Neftçi") - 11 qol
Mahir Mədətov ("Qarabağ") - 10 qol
James Adeniyi ("Qəbələ") -9 qol
Filip Ozobic ("Qarabağ) - 8 qol
Marko Devic ("Sabah") -7 qol
Emin Mahmudov ("Neftçi) - 7 qol