Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Gazette xəbər verir ki, şənbə və bazar günü keçirilən dörd qarşılaşmada qapılara 7 qol vurulub ki, bunlardan 2-si ev sahiblərinin, 5-i isə qonaqların payına düşüb.

Turun "Sabah"la "Qəbələ" arasında baş tutan ilk matçı qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Rauf Əliyev 31-ci dəqiqədə fərqlənib.

Sumqayıtda şəhərin eyniadlı komandası ilə çempionluğa iddialı "Qarabağ" arasında keçirilən görüş 0-2 hesabı ilə nəticələnib. Matçda qolları Filip Ozobic (20') və Bədavi Hüseynov (81') vurub.

Bazar gününə təsadüf edən "Neftçi" - "Keşlə" qarşılaşmasında meydan sahibləri rəqib qapısından 2 cavabsız qol keçiriblər. Turnir cədvəlinə liderlik edən "ağ-qaralar"ın heyətində Emin Mahmudov (35', 68' (p)) dubla imza atıb.

XVI turun son matçında da qapılara iki qol vurulub. "Bayıl Arena"da baş tutan "Səbail" - "Zirə" görüşündə qonaqlar Julio Rodriguez (2') və Sadio Tounkaranın (90+5') qolları sayəsində meydandan qələbə ilə ayrılıblar.

Qeyd edək ki, Premyer Liqada növbəti, 17-ci turun oyunları 16 və 17 fevral tarixlərində keçiriləcək.

 

Turnir cədvəli:

 

Bombardirlər siyahısı:

Baqaliy Dabo ("Neftçi") - 7 qol
Mahir Mədətov ("Qarabağ") - 7 qol
Marko Deviç ("Sabah") -7 qol
James Adeniyi ("Qəbələ") - 6 qol
Mirabdulla Abbasov ("Neftçi") - 6 qol