Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa Çempionatında qadınların mübarizəsinə yekun vurulub.

Gazette xəbər verir ki, qadın güləşi üzrə yığmamız Avropa Çempionatında 4 medal qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan Elis Manolova finalda yerli güləşçi Kriszta İnceni son saniyələrdə qazandığı xallarla məğlub edərək Avropa çempionu olub.

57, 59 və 62 kq-da güləşən qadın güləşçilərimiz Alyona Kolesnik, Elmira Qəmbərova və Tatyana Omelçenko bürünc medal uğrunda mübarizədə rəqiblərinə qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, qadınların mübarizəsində yığmamız yekunda 1 qızıl, 3 bürünc medalla 96 xal toplayaraq Avropa Çempionatını 4-cü pillədə bitiriblər.

Qızıl - Ukrayna (168 xal)
Gümüş  - Bolqarıstan  (112 xal)
Bürünc - Türkiyə (98 xal)
Dördüncü yer – Azərbaycan (96 xal)
Beşinci yer - Rusiya (89 xal)