UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Gazette xəbər verir ki, mərhələnin ən gözlənilməz nəticələri İtaliyada və Çexiyada qeydə alınıb.

Belə ki, Milan şəhərində Almaniya "Eintracht"nı qəbul edən "İnter" rəqibinə 0-1 hesabı ilə məğlub olaraq turnirlərlə vidalaşıb. Xatırladaq ki, tərəflər arasında Frankfurtda baş tutan ilk matçda qolsuz heç-heçə qeydə alınmışdı. 

Çexiya "Slavia"sı ilə İspaniya "Sevilla"sı arasında keçirilən görüşün əsas vaxtı 2-2 bitdiyindən və İspaniyada keçirilmiş ilk görüşdə də eyni nəticə qeydə alındığından tərəflər əlavə 30 dəqiqə oynamalı olublar. Burada isə rəqib qapısından daha 2 top keçirməyə müvəffəq olan Praqa təmsilçisi 1 qol buraxmasına baxmayaraq növbəti mərhələyə vəsiqə əldə edib. 

Fransada "Rennes"ə 1-3 hesabı ilə məğlub olan London "Arsenal"ı İngiltərədə rəqib komandanın qapısından 3 cavabsız qol keçirərək 1/4 finala yüksəlib.

Portuqaliyada keçirilən "Benfica" - Dinamo" matçında qalib əlavə vaxtda müəyyənləşib. Xorvatiyada rəqibinə minimal hesabla məğlub olan "Benfica" doğma divarlar arasında əsası vaxtı 1-0 başa çatan matçın yekununda Zaqreb "Dinamo"sunu 3-0 məğlub etməyi bacarıb.

1/8 final mərhələsinin digər qarşılaşmalarında "Chelsea" səfərdə Kiyev "Dinamo"sundan, "Valencia" "Krasnodar"dan, "Napoli" "Zaltsburg"dan, "Villareal" isə "Zenit"dən güclü olub.

 

Qeydə alınmış nəticələr:

 

1/4 final mərhələsinə yüksələn komandalar:

 

Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək.