İtaliyanın "Milan" futbol klubu Braziliyanın "Flamengo" klubundan transfer etdiyi Lucas Tolentino Coelho de Limanı (Paqueta) rəsmi şəkildə elan edib.

Gazette klubun saytına istinadən xəbər verir ki, 1997-ci ilin avqustun 27-də Braziliyanın Rio de Janeyro şəhərində anadan olan Paqueta ilə 5 illik, 2023-cü ilin 30 iyun tarixinə kimi müqavilə imzalanıb.

Futbolçu kimi karyerasına "Flamengo"da başlayan hücumameyilli yarımmüdafəçi klubun əsas heyətində 2017-ci ilin mayın 28-də debüt etməyə imkan tapıb. "Flamengo"da 65 oyunda meydana çıxan Lucas 13 qol vurmağa müvəffəq olub. Futbolçu Braziliyanın əsas millisində də oynamağa imkan tapıb. O, ötən ilin sentyabrın 5-də Braziliya ilə ABŞ milliləri arasında keçirilən yoldaşlıq oyununda meydana çıxıb.

Qeyd edək ki, Lucas Paqueta "Milan"a yanvarın 7-də qoşulacaq və bir gün sonra onun üçün təşkil edilən mətbuat konfransında iştirak edəcək.