Gazette-nin xəbərinə görə, üç günü əhatə edən turda qapılara 10 qol vurulub ki, bunun da yarıdan çoxu bir matçda qeydə alınıb.

Turun ilk görüşü "Sabah" ilə "Neftçi" arasında keçirilib. "Əlincə Arena"da baş tutan qarşılaşmada "Neftçi" rəqibini 1-2 hesabı ilə məğlub etməyi bacarıb. "Flaqman"ın heyətində qolları 21-ci dəqiqədə Anton Krivotsyukla 39-cu dəqiqədə Mirabdulla Abbasov, meydan sahiblərindən isə Marko Devic 76-cı dəqiqədə penaltidən vurub. Qələbə sayəsində "Neftçi" qış fasiləsinə lider kimi yollanıb. Belə ki, ikinci dövrənin sonuna 1 tur qalmış Bakı təmsilçisi "Qarabağ"ı 5 xal qabaqladığından dövrəni ilk pillədə başa vurmağı özü üçün təmin edib.

Günün ikinci matçı Sumqayıtda baş tutub. "Kapital Bank Arena"nın ot örtüyünün dəyişdirilməsindən sonra doğma stadionuna qayıdan "Sumqayıt" "Səbail"i qonaq edib. Qarşılaşmada yeganə qolu Atilla Yıldırım 60-ci dəqiqədə vurub. 

Bazar günü "Qəbələ şəhər stadionu"nda başlayan və havanın dumanlı olması səbəbindən yarımçıq dayandırılaraq bazar ertəsinə təxirə salınan "Qəbələ" - "Zirə" oyununda hesab açılmayıb. 

Turun son qarşılaşması "Tofiq Bəhramov adına Respublika Stadionu"nda keçirilib. "Qarabağ" turnir cədvəlinin son pilləsində qərarlaşan "Keşlə"ni qəbul edib. Mahir Mədətovun (6, 53, 78') het-trik etdiyi qarşılaşmada Ağdam təmsilçisi rəqibini 5-1 hesabı ilə məğlubiyyətə uğradıb. "Qarabağ"ın heyətində digər qolları 21 və 55-ci dəqiqələrdə müvafiq olaraq Filip Ozobic və Abdellah Zoubir vurublar. "Keşlə"nin yeganə qolunu 21-ci dəqiqədə Slavik Alxasov rəqib qapısından keçirib.

 

Bombardirlər

Bagali Dabo (Neftçi) - 7 qol
Mirabdulla Abbasov (Neftçi) - 6 qol
James Adeniyi (Qəbələ) - 6 qol
Marko Devic (Sabah) - 6 qol
Mahir Mədətov (Qarabağ) - 6 qol
İnnocent Emeghara (Qarabağ) - 5 qol

 

Turnir cədvəli

Azerbaijan Professional Football League adlı şəxsin şəkli.