Formula 1 üzrə İspaniya Qran Prisinin Sıralanma turu keçirilib.

Gazette xəbər verir ki, Barcelonada baş tutan təsnifat mərhələsində hamıdan sürətli "Mercedes" komandasının pilotu Valtteri Bottas olub.

Finlandiyalı sürücü sərbəst yürüşlərdə göstərdiyi nəticələri Sıralanma turunda daha da yaxşılaşdıraraq 1:15.406 saniyəlik nəticə ilə poul pozisiyasına yiyələnib.

Bu gün keçiriləcək İspaniya QP-də ikinci sıradan Bottasın komanda yoldaşı, son dünya çempionu Lewis Hamilton, üçüncü sıradan isə "Ferrari"nin almaniyalı pilotu Sebastian Vettel start götürəcək.

Qeyd edək ki, F1 üzrə 2019-cu il Dünya Çempionatında keçirilmiş 4 Qran Pri yarışından sonra turnir cədvəlinə 87 xalla Bottas başçılıq edir. Ondan 1 xal geri qalan Hamilton ikinci, 52 xala malik Vettel isə üçüncü sırada qərarlaşıb.