31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubu və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Bakıda “Həmrəylik yürüşü” keçirilib.

Gazette xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkvnik Mədət Quliyev, DTX Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər iştirak edib.

300-ə yaxın velosipedçi Azneft dairəsindən start götürməklə Neftçilər prospekti ilə hərəkət edib və Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıb.