Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gazette-yə verilən məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Noyabrın 8-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 80-90% olacaq.

Azərbaycanın rayonlarında

Noyabrın 8-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında gecə və səhər yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoz

Noyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.