Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gazette-yə verilən məlumata görə:

Bakıda Abşeron yarımadasında

Noyabrın 6-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 13-15, Bakıda gecə 7-9, gündüz 13-15° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90% olacaq. 

Azərbaycanın rayonlarında

Noyabrın 6-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 6-da Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.