BMT-nin Ümumdünya İrsi siyahısına salınan İranın Şərqi Azərbaycan vilayətinin paytaxtı Təbrizdə yerləşən qədim tarixə malik Təbriz Bazarında yanğın hadisəsi baş verib.

Gazette İranın xəbər agentliklərinə istinadən xəbər verir ki, mayın 8-i gecə saatlarında baş vermiş yanğın zamanı tarixi bina ziyan dəyib.

Vilayətin Krizin Mərkəzinin rəhbərinin sözlərinə görə yanğın tam söndürülüb və yanğın zamanı 100-dən çox mağaza zərər görüb.

Yanğın hadisəsində dünyasını dəyişən olmasa da, 20 nəfərə yağın insanın müəyyən dərəcəli xəsarətlər aldığı bildirilir.

Məlumata görə yanğın sondürmə briqadası yanğının qarşısını alan zaman tarixi binanın tavanını söküb.

Yanğının hansı səbəbdən baş verməsi barədə açıqlama verilməyib.

Qeyd edək ki, dünyanın ən böyük örtülü bazarı hesab edilən Təbriz Bazarının 4-cü əsrdə tikildiyi ehtimal edilir. 15 kvadratmetr əraziyə malik bazarda 5 minə yaxın dükan və mağaza fəaliyyət göstərir. 2010-cu ildə BMT-nin Ümumdünya İrsi siyahısa salınan tarixi bazarın uzunluğu 5 kilometrdir.