Beynəlxalq nəqliyyat şəbəkəsi olan “Uber”in Brüssel şəhərində fəaliyyətinə Belçika Ticarət Tribunalı tərəfindən verilən qərar əsasında son qoyulub.

Gazette xəbər verir ki, ilkin şikayət Brüssel Taksi Assosasiyası tərəfindən irəli sürülüb və səbəb kimi “Uber” şirkətinin uniforma qaydalarına riayət etməməsi, eləcə də bazarda haqsız rəqabət yaratması göstərilib.

“Uber” şirkəti əks-arqument olaraq taksi servisi yox avtomobil paylaşımı xidməti göstərdiyini iddia etsə də, məhkəmə tərəfindən arqument qəbul edilməyib.

Məlumat üçün qeyd edək ki, oxşar səbəblərə görə “Uber” tətbiqetməsi son illərdə Bolqarıstan, Danimarka, İtaliya, Macarıstan kimi bəzi ölkələrdə bazardan çıxarılıb.