Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT-nin Baş katibi Antonio Guterresin üzv dövlətlərə ünvanladığı müraciətlə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bu ölkəyə humanitar yardım göstərilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Gazette-yə verilən məlumata görə, sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub.

BMT-nin hesablamalarına görə, dünyanın ən acınacaqlı humanitar fəlakətinin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. Ölkədə 3,3 milyon məcburi köçkün olmaqla əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır.