ABŞ-da keçirilən daxili seçkilərin ilkin qeyri-rəsmi nəticələri açıqlanıb.

Gazette xəbər verir ki, seçkilərin ilkin nəticələrinə görə Respublikaçılar Senatdakı üstünlüklərini qoruya bilsələr də, Nümayəndələr palatasında Demokratlara məğlub olublar. 

Son nəticələrə görə Nümayəndələr palatasındakı 435 yerdən 200-nü Demokratlar, 183 yeri isə Prezident Trumpın partiyası əldə edə bilib. Mütləq qalibiyyət üçün isə 218 yer lazımdır.

Qeyd edək ki, keçirilən daxili seçkilərdə ABŞ vətəndaşları Senatın 3/1 hissəninə, yəni 35-nə, Nümayəndələr palatasının isə hamısına (435 üzv) yeni üzvlər seçirlər. Bundan əlavə bir sıra ştatlarda qubernator seçkiləri də keçirilir.