Hindistanın ən yüksək ikinci dağı olan Nanda Devidə 8 alpinist yoxa çıxıb.

Gazette xəbər verir ki, Himalay sıra dağlarında yerləşən və hündürlüyü 7 min 816 metr olan Nanda Devi dağına mayın 13-də qalxan 4-ü ingilis, 2-si amerikalı, 1-i avstraliyalı və 1-i hindistanlı olan alpinistlər mayın 31-də geri dönməli olsalar da düşərgəyə qayıtmayıblar. 

Alpinistlərin geri qayıtmadıqları müəyyən olunduqdan sonra axtarış-xilasetmə əməliyyatlarına start verilib. Lakin Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus helikopertlərin də qatıldıları xilasetmə əməliyyatları hava şəraitinin əlverişsiz olması səbəbindən yarımçıq dayandırılıb. 

Qeyd edək ki, sonuncu dəfə alpinistlərlə mayın 22-də onlar dağın 4 min 870 metr hündürlüyündə düşərgə qurduqları zaman əlaqə yaratmaq mümkün olub.