"Forbes" jurnalı 2018-ci ilin ən nüfuzlu qadınlarının siyahısını açıqlayıb.

Gazette xəbər verir ki, 20-ci dəfə təqdim edilən siyahıda Angela Merkel yenidən ilk pilləyə sahib olub. Almaniya Federativ Respublikasının Kansleri ardıcıl olaraq 8-ci dəfədir siyahıya rəhbərlik edir.

100 nəfər nüfuzlu qadının daxil edildiyi siyahıda Böyük Britaniyanın Baş naziri Theresa May ikinci, Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde isə 3-cü yerdə qərarlaşıb.

Reytinqin ilk onluğunda "General Motors" şirkətinin direktoru Mary Barra, "Fidelity Investments" prezidenti Abigail Johnson, filantrop Melinda Gates, "YouTube" şirkətinin direktoru Susan Wojcicki, "Santander" maliyyə-kredit qrupunun direktorlar şurasının rəhbəri Ana Patricia Botin, "Lockheed Martin" şirkətinin direktoru və prezidenti Marillyn Hewson, IBM şirkətinin prezidenti Ginni Rometty yer alıb.

Siyahıya 6 kateqoriya üzrə fəaliyyət göstərən qadınlar daxil ola bilib ki, onlardan da 27-si biznes, 22-si siyasət, 18-i texnologiya, 12-si maliyyə, 16-sı media və əyləncə, 5-i isə filantrofiya ilə məşğul olur.

Siyahıda ən gənc xanım 28 yaşlı müğənni Taylor Swift, ən yaşlı isə 92 yaşlı Böyük Britaniya kraliçası II Elizabethdir.

Ümumilikdə reytinq sıralamasında 50 qadın Şimali Amerikanı, 22 qadın Asiyanı (Sakit Okeanı), 17 qadın Avropanı, 7 qadın Birləşmiş Krallığı, 3 qadın Orta Şərqi, 1 qadın isə Afrikanı təmsil edir.

Siyahı ilə tam olaraq buradan tanış ola bilərsiniz.

https://www.forbes.com/lists/power-women/?utm_source=FBPAGE&utm_medium=social&utm_content=1952742681&utm_campaign=sprinklrForbesMainFB#22f28cc15a95

Mənbə: Forbes