Türkiyə Ali Seçki Qurumu (Yüksək Seçim Kurulu (YSK)) İstanbulda bələdiyyə seçkilərinin ləğvi və yenidən keçirilməsi barədə qərar verib.

Gazette-nin məlumatına görə, qurum seçkinin nəticələri ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) etirazı ilə əlaqədar keçirdiyi iclasın sonunda belə bir qərar verib.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd olan Ekrem İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binali Yıldırım isə 4,156 milyon səs qazanmışdı.