Rusiyanın “Aeroflot” aviaşirkəti əlverişsiz hava şəraitinə görə yanvarın 26 və 27-də 130-dan çox reysi ləğv edib.

Gazette şirkətinin saytına istinadla xəbər verir ki, Moskvanın "Sheremetyevo" hava limanında yanvarın 26-da 68 reys, 27-də isə daha 63 reysin ləğv ediləcək.

Moskvadan London, İstanbul, Buxarest, Roma, Milan, Helsinki, Tallin və geriyə, habelə Avropanın və Rusiyanın digər şəhərlərinə olan reyslər dayandırılıb.

Bundan başqa daha 171 reysin vaxtı dəyişdiriləcək.

Qeyd edək ki, meteoroloqların proqnozuna görə, yanvarın 26-dan başlayaraq Moskvada üç gün davamlı qar yağacaq.