Amerika Birləşmiş Ştatlarına viza üçün müraciət edənlərdən social media hesabları da tələb ediləcək. 

Gazette BBC-yə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin qəbul etdiyi yeni reqlamentə əsasən viza üçün müraciət edən şəxslərdən onların sosial media hesabları və 5 il ərzində istifadə etdikləri elektron poçt ünvanları və telefon nömrələri istəniləcəyi bildirilib.

Dövlət Departamentindən verilən açıqlamada ABŞ-a qanuni səyahətin dəstəkləndiyi, lakin ölkə vətəndaşlarının təhlükəsizliyi üçün bir sıra yeni mexanizmlərin hazırlandığı qeyd edilib. 

Açıqlamada qeyd edilənlərin yalnız ABŞ-a işləmək və təhsil almaq üçün getmək istəyənlər üçün tətbiq ediləcəyi vurğulanıb.