Oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış və ixtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması münasibəti ilə Əlahiddə Ümumqoşun Orduda tədbir keçirilib.

Gazette Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə iştirak edən zabit, əsgər və valideynlər ixtisas hazırlığı kursunu uğurla başa vurmuş gənc əsgərləri təbrik ediblər.

Sonra Əlahiddə Ümumqoşun Ordu Komandanı general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə əsgərlər ixtisasları üzrə müxtəlif hazırlıq elementlərini praktiki nümayiş etdiriblər.

Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.