Ulu Öndər Heydər Əliyev siyasi irsi və Azərbaycan Konstitusiyasının tarixi missiyası

Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində Konstitusiyanın qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin ən mühüm nəticələrindən biri hesab olunur. Bu tarixi sənədin hazırlanması ölkənin müstəqillik yolunda qarşılaşdığı ciddi siyasi və institusional çətinliklərin aradan qaldırılması zərurətindən irəli gəlirdi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsindən sonra yeni konstitusion əsasların yaradılması dövlətin qarşısında duran prioritet məsələlərdən biri idi. Lakin 1991–1993-cü illərdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik və idarəçilik böhranı bu prosesin həyata keçirilməsini çətinləşdirmişdi. 1993-cü ildə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından dönüş nöqtəsi oldu. İlk növbədə, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi və dövlət idarəçiliyinin bərpası üçün zəruri addımlar atıldı. Bundan sonra müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşdırılması istiqamətində sistemli fəaliyyətə başlanıldı. Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası ölkənin gələcək inkişafına xidmət edən Əsas Qanunun layihəsini hazırladı. Layihənin hazırlanması zamanı beynəlxalq hüququn mütərəqqi prinsipləri ilə milli dövlətçilik ənənələrinin uzlaşdırılmasına xüsusi diqqət yetirildi.

Ulu Öndərin əsas məqsədi müstəqil Azərbaycanın uzunmüddətli sabitliyini təmin edən, xalqın iradəsinə əsaslanan demokratik idarəçilik sistemi yaratmaq idi. 1995-ci il noyabrın 12-də keçirilən referendum bu məqsədin həyata keçirilməsində tarixi mərhələ oldu. Referendumun nəticələri Azərbaycan xalqının yeni konstitusion quruluşu dəstəklədiyini təsdiqlədi. Konstitusiyada dövlət hakimiyyətinin bölünməsi, insan hüquqlarının qorunması və qanunun aliliyi fundamental prinsiplər kimi müəyyənləşdirildi. Bu prinsiplər sonrakı illərdə ölkənin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi istiqamət rolunu oynadı. Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində güclü dövlət anlayışı qanunçuluq, milli birlik və ictimai məsuliyyət prinsipləri ilə sıx bağlı idi.

Konstitusiyanın qəbulundan sonra yaradılan hüquqi institutlar, xüsusilə Konstitusiya Məhkəməsi, yeni dövlət idarəçiliyinin institusional əsaslarını gücləndirdi. Sonrakı konstitusiya dəyişiklikləri isə ölkənin inkişaf prosesində yaranan yeni tələblərin hüquqi sistemdə nəzərə alınmasına imkan verdi.

Bu gün Azərbaycan dövlətinin əldə etdiyi mühüm siyasi və strateji nailiyyətlər Konstitusiyanın müəyyən etdiyi müstəqillik və suverenlik prinsiplərinin əhəmiyyətini daha aydın göstərir. Heydər Əliyevin müəllifi olduğu bu hüquqi irs müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməli kimi gələcək nəsillər üçün də mühüm əhəmiyyət daşıyır.

Nəsib Abbasov
Neftçala rayonu

 

SON XƏBƏRLƏR

Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib

Prezident Dublində Moldova Prezidenti ilə görüşüb

Ulu Öndər Heydər Əliyev siyasi irsi və Azərbaycan Konstitusiyasının tarixi missiyası

Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi

Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötüb

Niyazi Bayramov növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

Öhdəlik daşıyan şəxslər üçün təlim keçirilib

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

MTK-ların böyük oyunu: Yeni tikililərdəki bu təhlükənin səbəbi nədir?

Parklanma haqqı ilə bağlı kiberdələduzluq təhlükəsi!

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

“Finca Azerbaijan” Ağdaşda Heyva Festivalında iştirak edib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi müsabiqə elan edib

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak edir

BÜTÜN XƏBƏRLƏR