Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina partlayışı baș verib.

Gazette.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında qeyd olunub. Bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsgəndər İsmayılov müxtəlif xəsarətlər alıb. Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, - deyə məlumatda vurğulanıb.

SON XƏBƏRLƏR

Parklanma haqqı ilə bağlı kiberdələduzluq təhlükəsi!

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

“Finca Azerbaijan” Ağdaşda Heyva Festivalında iştirak edib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi müsabiqə elan edib

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak edir

“166 Yük və Logistika” Heyva Festivalının rəsmi tərəfdaşı olub

Gələn il əhalinin rifahı daha da yüksələcək - Ziyafət Əsgərov

Zəfərə aparan yol: güclü dövlət, qüdrətli ordu və qətiyyətli siyasi iradə!

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

BDYPİ xəbərdarlıq etdi

BIAF-2006 festivalının gözəl ab-havası var

Dənizdən dağlara, şəhərlərdən Zəfər zirvələrinə – Azərbaycan bayrağı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

FAYDA İş Platforması Ağdaşda keçirilən Heyva Festivalında iştirak edib

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır

Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu

Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir

Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib

BÜTÜN XƏBƏRLƏR