
Reklam
11 Noyabr 2026, 17:08
1
Parklanma haqqı ilə bağlı kiberdələduzluq təhlükəsi!
Son günlər xarici nömrələr vasitəsilə "AzParking" adından vətəndaşlara ödənilməmiş parklanma haqqı ilə bağlı saxta mesajların göndərilməsi və şübhəli keçidlərə yönləndirilməsi halları müşahidə olunur.
Gazette.az xəbər verir ki, bu barədə "AzParking" məlumat yayıb.
Məlumata əsasən, xarici nömrələrdən gələn bu cür bildirişlər kiberdələduzluq xarakteri daşıyır. Vətəndaşlardan xahiş olunur ki, həmin saxta mesajlara etibar etməsinlər və şübhəli linklərə daxil olmasınlar.
Nəzərinizə çatdırırıq ki, "1181" qısa nömrəsi xaricində parklanma ilə bağlı daxil olan digər bildirişlər etibarsızdır.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





