
Nurlan Ordubadlıdan - “Vətən” RƏVAYƏTİ
“Tezliklə “Vətən” adlı rəvayətimi təqdim edəcəyəm”.
Bu sözləri vətənpərvər mahnıları ilə məşhurlaşan müğənni Nurlan Ordubadlı Hit.az-a açıqlamasında deyib.
O, yeni rəvayəti haqqında bunları söyləyib:
“Düşündüm ki, ölkədə bir çox mövzuda rəvayət deyilib, amma vətənə aid rəvayət yazılmayıb. Ona görə də bu rəvayəti yazmağa qərar verdim. Məncə, insanların çox xoşuna gələcək bir iş olacaq. Çünki düz 1 ildir ki, bunu hazırlayıram. Hər şeyin ideal olması üçün çalışdım”.
İfaçı rəvayəti kliplə birgə təqdim edəcəyini bildirib:
“Rəvayəti 5 noyabrda təqdim edəcəm, “YouTube” və digər platformalara yerləşdiriləcək. Klip film kimi olacaq, istər Vətən müharibəsindəki real kadrlardan, istərsə də konsertlərimdəki görüntülərimdən ibarət olacaq. Rəvayətdə deyilən hər kəlimə videoda canlanacaq. “Vətən” toplam 5 dəqiqə 20 saniyəlik bir rəvayət olacaq. İnşallah insanların xoşuna gələn maraqlı bir iş olar”.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





