
Reklam
12 Noyabr 2026, 10:30
26
Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Dəniz Limanında cari ilin yanvar-oktyabr aylarında konteyner aşırmaları üzrə rekord göstərici qeydə alınıb.
ADY-dən Gazette.az-a bildirilib ki, hesabat dövründə limanda 112 min TEU-dan çox konteyner aşırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artım deməkdir.
Bundan əlavə, yanvar-oktyabr aylarında limanda aşırılmış ümumi yük həcmi 3 faiz, quru yük həcmi isə 60 faiz artıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





