FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib.

Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimində çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, andiçmə mərasimi əlamətdar bir vaxta – ölkəmizdə Zəfər Günü və Dövlət Bayrağı Gününün təntənə ilə qeyd olunduğu dövrə təsadüf edir. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının milli birliyinin, iradəsinin və qəhrəmanlığının təntənəsi olduğunu, bu Qələbənin ərazi bütövlüyümüzün bərpası ilə tariximizə əbədi həkk edildiyini vurğulayıblar. Bildirilib ki, Ümummilli Liderin mütərəqqi siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi, 24 saatdan az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu.

Həmçinin, qeyd olunub ki, üçrəngli Dövlət Bayrağımız xalqımızın milli kimliyini, dövlət müstəqilliyini və suverenliyini təcəssüm etdirən müqəddəs rəmz olmaqla, hər bir Azərbaycan vətəndaşı üçün qürur və Vətənə sədaqət mənbəyidir.

Çıxış edən gənc əsgər Camalov Turğay Pəhlivan oğlu hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərini, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərini, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərini vurğulayıb.

Valideyn Nigar Mənsimli çıxışında gənc əsgərlərin hərbi and içməsinin sonsuz qürur mənbəyi olduğunu diqqətə çatdıraraq, onların Vətənə layiqli xidmət göstərməsində, hərbi hazırlığında zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribuna önündən keçməsi ilə başa çatıb.

SON XƏBƏRLƏR

Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib

Prezident Dublində Moldova Prezidenti ilə görüşüb

Ulu Öndər Heydər Əliyev siyasi irsi və Azərbaycan Konstitusiyasının tarixi missiyası

Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi

Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötüb

Niyazi Bayramov növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

Öhdəlik daşıyan şəxslər üçün təlim keçirilib

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

MTK-ların böyük oyunu: Yeni tikililərdəki bu təhlükənin səbəbi nədir?

Parklanma haqqı ilə bağlı kiberdələduzluq təhlükəsi!

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

“Finca Azerbaijan” Ağdaşda Heyva Festivalında iştirak edib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi müsabiqə elan edib

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak edir

BÜTÜN XƏBƏRLƏR